Çərşənbə , Avqust 21 2019
Home / Həkim Məsləhətləri / Bu gün Ümümdünya tütünsüz günüdür

Bu gün Ümümdünya tütünsüz günüdür

Hər il iyunun 31 Ümumdünya tütünsüz günü qeyd olunur. Ümumdünya tütünsüz günü 30 il bündan əvvəl ÜST tərəfindən təsis olunub.

ÜSt-nin məlumatına görə, hər il dünyada qlobal tütün epidemiyasından 7 milyon (!) insan həlak olur. Bu insanların arasında həm siqaret çəkən, həm də uzun müddət ərzində tütünün təsirinə məruz qalan (ailədə, iş kollektivində və s.) insanlar (passiv siqaret çəkənlər) var.

Sübut olunub ki, siqaret çəkmək bu kimi ağır xəstəliklərin və pozulmaların əsas risk faktorlarından biridir:

ürək və damar xəstəlikləri, o cümlədən insult və infarkt. Siqaret çəkmək ürək-damar sistemi xəstəliklərinin əsas risk faktoru sayılır. Amerika alimləri sübut edir ki, siqaret çəkmək ürək-damar sistemi xəstəliklərinin riskini 30% artırır.

– ağciyər xərçəngi

– xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX)

– ağciyər enfizeması

– mədə xorası

– ətraflarda arteriyaların zədələnməsi (bu qanqrenaya və ətrafın amputasiyasına (kəsilməsinə) gətirib çıxardır)

– sidik kisəsi xərçəngi

– qida borusu xərçəngi

– ağız boşluğu, dil, dodaq xərçəngi

– impotensiya, sonsuzluq.

Nəzərə almaq lazımdır ki, ziyansız siqaret yoxdur. Araşdırmalar göstərir ki, “yüngül” və həmçinin elektron siqaretlər hətta adi siqaretlərdən də ziyanlıdır.

Bir çoxları fikirləşir ki, siqaretdən fərqli olaraq qəlyan ziyansızdır. Bu çox təhlükəli yanılmadır. Qəlyanda filtr kimi su istifadə olunur. Lakin sudan keçdikdən sonra tütün tüstüsü yalnız az bir miqdarda ziyanlı maddələrdən təmizlənir. Əsas ziyan isə qalır. Hətta araşdırmalar göstərir ki, qəlyan çəkən insanların orqanizmində arsen, qurğuşun və bir çox digər ziyanlı maddələr daha çox miqdarda toplanır.

Öz və yaxınlarınızın sağlamlığı naminə siqaretdən bu gün imtina edin!

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600