Cümə axşamı , Noyabr 15 2018
Home / Həkim Məsləhətləri / Boyun ləngiməsinə

Boyun ləngiməsinə

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:

1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
3. Orqanizmdə qurd-parazitin olması
4. Fiziki hərəkətsizlik — hipodinamiya
5. Psixoloji travmalar
6. Boy hormonunun defisiti
7. İrsiyyət

Uşağın boyunu artırmaq üçün nə etməli?

  • 1.Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.
  • 2.Fiziki aktivlik, bəzi idman növləri: üzgüçülük, basketbol, yüngül atletika boyu stimullaşdırır, əksinə, ağır atletika, güləş kimi idman növləri — ləngidir.
  • 3.Tam normal yuxu vacibdir. Uşaqların yuxuda böyüməsinin elmi əsası var. Aparılan tədqiqatlar göstərilmişdir ki, boy hormonu yuxu zamanı formalaşaraq ifraz olunur. O səbəbdən vaxtında yatmaq və yuxudan doymaq çox vacib amildir.
  • 4.Günəş şüaları və təmiz hava. Uşaqların və yeniyetmələrin aktiv inkişafı üçün bol günəş və hava lazımdır. Təmiz havada, erkən günəş işığı altında gəzişmək və gün qəbul etmək insan orqanizmi üçün çox önəmlidir, çünki səhər tezdən günəş şüaları dəridə daha fəal D vitaminə çevrilərək, uşağın fiziki inkişafına, xüsusilə də dayaq-hərəkət sisteminə müsbət təsir göstərir.
  • 5.Mədə-bağırsaq sistemi fəaliyyətinin normal olması. Hamıya məlumdur ki, insan orqanizminin inkişafı üçün lazım olan nutriyentlər (vitaminlər, minerallar, zülallar, yağlar və s.) mədə-bağırsaq traktı vasitəsilə orqanizmə daxil olur.

Bu səbəbdən həzm sisteminin qaydada olması gələcək nəslimizin sağlamlığının bünövrəsidir. Qurd-parazitlər, mədə-bağırsağın, öd kisəsinin, qaraciyərin iltihabi zədələnmələri həzm sistemini pozaraq, uşağın inkişafına nəzərə çarpan dərəcədə mənfi təsir göstərir.

 

 

az-tibb.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600