Cümə , Noyabr 16 2018
Home / Həkim Məsləhətləri / Böyrəklərin sağlamlığını qoruyan 5 super məhsul

Böyrəklərin sağlamlığını qoruyan 5 super məhsul

Kanada alimləri böyrəklərin fəaliyyətini yaxşılaşdıran, böyrəkləri təmizləyən və möhkəmləndirən məhsulların yeni siyahısını tərtib ediblər.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bu siyahını nəzərinzə çatdırır.

1. Şüyüd və cəfəri

Alimlər bu 2 göyərtini böyrəklər üçün ən faydalı məhsul kimi qiymətləndiriblər. Alimlər böyrəklərin sağlamlığı üçün şüyüd və cəfərini salatlara əlavə etməyi, çay kimi dəmləyib içməyi tövsiyə edirlər.

2. Alma

Alimlər böyrəklərin sağlamlığı üçün hər gün 3 şirin alma yeməyi tövsiyə edirlər. Almaların qabıqlarını soymayın. Onlar böyrəklər üçün faydalı olan məddələrlə zəngindir.

Araşdırmalar göstərir ki, alma böyrəklərin fəaliyyətini yaxşılaşdırır, böyrək xəstəliklərinin riskini azaldır və hətta mövcud olan böyrək xəstəliyinin inkişafının ləngidir.

Fitoterapevtlər böyrəkləri möhkəmləndirmək üçün adi çayın əvəzinə alma çayını içməyi tövsiy edirlər. Bunun üçün 2 alma qabıqlı şəkildə xırda doğranılır, termosa tökülür, üzərinə yarım l qaynar su əlavə olunur. Dəmləməni axşamdan hazırlayın. Növbəti gün adi çay kimi için.

3. Qarpız

Bu böyrəkləri qoruyan ən tanınmış təbii vasitədir. Qarpız böyrəkləri duz və qumdan təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

4.  Balqabaq

A vitamini və kaliumla zəngin olan balqabaq böyrəklərin sağlamlığına müsbət təsir edir. Balqabaq sidkqovucu təsirə malikdir – bağırsaqları təmizləyir, daşların əmələ gəlməsinin qarşısını alır.

5. İtburnu

Xalq təbabətində itburnu dəmləməsi böyrək xəstəlikləri zamanı çox geniş istifadə olunur.

İtburnu dəmləməsi arterial təzyiqi normallaşdırır və bununla da böyrəkləri müxtəlif pozulmalardan qoruyur. Bildiyimiz kimi, yüksək təzyiq böyrəklərin sağlamlığına olduqca mənfi təsir edir.

Həmçinin sidikqovucu təsirə malik olduğundan itburnu böyrəkləri təmizləyir, böyrəklərdə daşların əmələ gəlməsinə mane olur.

 

Saglamolun.Az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600