Cümə , Noyabr 16 2018
Home / Həkim Məsləhətləri / B12 vitamini çatışmadığını göstərən 5 əlamət – yuxululuq, başgicəllənmə, ayaqlarda qıcolma

B12 vitamini çatışmadığını göstərən 5 əlamət – yuxululuq, başgicəllənmə, ayaqlarda qıcolma

Vitamin B12 orqanizmə oksigen, hava daşıyan eritrositlərin istehsalında açar rolunu oynayır. Hüceyrələr isə oksigensiz yaşaya bilməz. Oksigenli qan insane həyat enerjisi verir. Əgər enerjiniz yoxdursa, o zaman B 12 əskikliyiniz var.
Medicina.az B12-nin orqanizmdə rolunu araşdırıb:
-Böyrəküstü vəzilərin  hormonlarının sintezi
-Normal qan dövranı üçün
-Eritrositlərin yaranması
-Sinir sistemi üçün
-Yaxşı həzmetmə üçün
-Dəmirin mənimsənilməsi üçün
-Sinir hüceyrələrinin formalaşması
-Qadın reproduktiv sağlamlığı
-Yağ və karbohidrat mübadiləsi
Kİmlərdə defisiti olur:
-60 yaşdan yuxarı insanlarda mədə şirəsinin azalması ilə əlaqədar
-Autoimmun xəstəlikləri olanlar
-Vegeterianlar
-Diabetlər
Əlamətlərə diqqət:
-Bütün günü yatmaq istəyirsiz, yuxu basır
-Ətraflarda, ayaqlarda qıcolma, uyuşma, qarışqa gəzməsi kimi
-Yaddaşsızlıq, huşsuzluq
-Zəiflik, başgicəllənmə – qanda oksigenin çatışmamasına işarədir
-Dərinin sarımtıl olması
-Çox hamar, parıltılı dil
-Yeməyin dadsız, tamsız hiss olunması
-Səbəbsiz ağlama, həyəcan
-Gözdə bulanma, kölgə
Nə etməli:
Müayinədən keçib qan analizi ilə B12 əskikliyini təyin edib, terapevtin, hematoloqun dəstəyi ilə qida və dərman müalicəsinə başlamalı.
Bu vitamin ilə zəngin ərzaqlar:
Bitkilər B12-ə metobolik tələbat durmadıqları üçün onu istehsal etmir. Ona görə nə etsəz də B12-ni yalnız heyvan mənşəli ərzaqlardan ala bilərsiz:
-Yumurta sarısı
-Mal əti, toyuq əti, quzu əti, keçi əti, dəvəquşu
-Dəniz məhsulları, tuns, krevet, losos
-Süd məhsulları: pendirlər, kəsmiklər, yoqurt, qatıq
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600