Çərşənbə , Dekabr 11 2019
Home / Xəbərlər / Avokadonun Faydaları

Avokadonun Faydaları

Son zamanlar məşhurlaşan avokado ən faydalı məhsullardan hesab edilir.Tərkibində bol miqdarda A, B, C, E və K vitaminləri, həmçinin dəmir, fosfor, lif, protein, omeqa 3 yağları, fol turşusu vardır.Tərkibinin bu qədər zəngin olmasına baxmayaraq avokado artıq çəki ilə mübarizə aparmaq üçün də olduqca təsirlidir.Avokadonun içərisində olan yağlar doymamış yağdır və gün ərzində tox qalmağa kömək edir.

–  Avokadonun qəbizliyə qarşı təsirli, immunitet sistemini gücləndirici xüsusiyyətləri var.

–  Bədən toxumalarının və dərinin yenilənməsinə köməkçi olur.

–  Yaraların yaxşılaşmasına kömək edir.

– Yaxşı bir hüceyrə qoruyucu və antioksidandır.

– Ehtiva etdiyi doymamış yağ turşuları qanda xolesterinin yüksəlməsini önlədiyi üçün ürək və damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır.

– Avokado bədəndə toksik maddələri təsirsiz hala gətirərək yaşlılığa yol açan zərərli maddələri yox etməklə yaşlanma müddətini yavaşladır və xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.

– Tərkibində olan zülal, mineral və vitaminlər kiçik uşaqların və hamilə qadınların balanslı və sağlam bəslənmələrində çox lazımlı olan maddələrdir.

– Dərini qurumaqdan qoruyur və xüsusilə həssas, quru, köhnəlmiş və yaşlanmış dəriləri yaxşılaşdırır və gücləndirir.

– Bol miqdarda ehtiva etdiyi A vitamini hüceyrələrin yenilənməsini dəstəkləyir.

 

aile.fenomen.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600