Cümə , Noyabr 16 2018
Home / Həkim Məsləhətləri / Atopik dermatit

Atopik dermatit

Atopik dermatit uşaqların 10-20%-də görülən xroniki bir dəri xəstəliyidir. Əsas əlamətləri qaşıntı, təkrarlayan sulantılı-qaşıntılı qızarıqlıqlar (yaralar) və dəri quruluğudur. Dəri tutulumundan başqa, allergik astma, allergik rinokonyunktivit belə xəstələrdə tez-tez rastlanır.

Sulantılı yaralar körpə uşaqlarda yanaqlarda, 2 yaşdan böyük uşaqlarda qollarda və qıçlarda, böyüklərdə dirsək çuxuru və diz arxasında yerləşir. Uşaqlarda dəridəki qaşıntı və həssaslıq, yuxu pozğunluqlarına, narahatlığa gətirib çıxarır. Atada vəya anada atopik dermatit varsa uşaqda da görülmə ehtimalı artır. Uşaqlarda bu xəstəlik daha sıx olmaqla hər yaşda başlaya bilər.

Allergik rinit zamanı burunda tutulma, burun axması, asqırmalar, burunda qaşıntı müşahidə olunur. Bu xəstələrin 50%-də allergik konyunktivit də görülür, bu da gözlərdə qızarma, yaşarma, qaşınma ilə xarakterizə olunur. Bu şikayətlər il boyu davam edəbiləcəyi kimi, mövsümi xarakter də daşıya bilər. Sigaret tüstüsü, hava kirliliyi, kəskin qoxular, soyuq hava bu şikayətləri artırır.

Vaxtında müalicə olunmasa, lazım olan tədbirlər görülməsə prosesə infeksiya qoşula bilər. Bu xəstəlikdə dərinin tamlığı pozulduğu üçün allergik kontakt dermatit əmələ gəlmə ehtimalı da yüksəkdir. Atopik dermatit zamanı polen, ev tozu, it-pişik tükü, bəzi qidalara qarşı allergiyalar görülə bilər. Uşaq yaşlarında qida allergiyaları sıx görülür. Bunlar əsasən süd, yumurta, taxıl (buğda) allergiyalarıdır. İlk 4-6 ayda ana südü ilə bəslənmə qismən də olsa qida allergiyalarının qarşısını alır. Böyüklərdə sıx görülən qida allergiyalarına fındıq, fıstıq, balıq, digər dəniz məhsulları aiddir.

Atopik dermatit xəstəsində hər hansı bir allergiya olub olmamasını aydınlaşdırmaq üçün Prik testi həyata keçirilir. Hər hansı bir maddəyə allergiyası aşkarlansa bu maddədən uzaq durmaq, xəstənin şikayətlərini azaldır.

 

az-tibb.com

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600