Şənbə , Noyabr 17 2018
Home / Həkim Məsləhətləri / Alüminium falqada yemək bişirməyin – Beyini, sümükləri, böyrəyi zədələyir

Alüminium falqada yemək bişirməyin – Beyini, sümükləri, böyrəyi zədələyir

Əslində elmi araşdırmalar göstərir ki, qidanın hazırlanmasında aliminium istifadəsi çox da zərərli deyil. Nəzərə alsaq ki, çoxdandır mətbəximizdə aliminium qazanlar, qablar var.
Medicina.az xəbər verir ki, insan orqanizmi az  miqdarda alüiminium qəbulundan ciddi zərər görmür, bir şərtlə ki, təhlükəsiz dozanı aşmasın. Bu da orta yaşlı insan üçün sutkalıq 2400 mq-dır.
Lakin problem ondadır ki, son zamanlar aliminum lazım olduğundan çox həyatımızdadır. Aliminiy qarğıdalı, pendir, duz, ədviyyat və çaylarda var. Üstəlik qazan, qablar, tərə qarşı vasitələr, bəzi məişət əşyaları, dərmanların da tərkibində var. Hələ suyun rəngizləşdirilməsində də aktiv olaraq sulfat alüminiy istifadə edilir.
Deməli, orqanizmə həddən artıq çox alüminiy daxil olur.
Ona görə alimlər alüminiumun sağıamlıq üçün zərərini araşdıran elmi işlər həyata keçirib. İnsan bədənində alüminiyin ən çox toplandığı toxuma beynin yumşaq toxumasıdır. Alsgeymer xəstələrinin beyin toxumasında alüminiy çox aşkar olunub. Bu təcrübələr onu deməyə əsas verir ki, son illər yayılmış Alsmeyger xəstəliyi həyat tərzi, məişət industriyasının inkişafı ilə bağlıdır. Alüminiumun yüksək həddi gündəlik normanı keçib. Alüminiy həm də sümük xəstəlikləri və böyrək çatışmazlığına da səbəb olur.
Nə etməli?
Gündəlik həyatda alüminiumu azaldacaq tədbirlər görməli. Alüliminum qazanları, qabları içinə su alıb, dəfələrlə qaynatmaq lazımdır ki, səthi mat olsun. Qazan parıldamasa da olar, əsas odur, sağlamlığa zərərli olmasın.
Son zamanlar geniş yayılmış, restoranlarda çox tətbiq olunan alüminium falqada balıq, toyuq, tərəvəz, ət bişirilməsi də təhlükəni artırır. Birdəfəlik alüminium falqalar yemək bişdikdə termik işlənmə və istidən ətə çox daxil olur və normadan artıqdır.
Əgər balığa, ətə, tomat, sous, limon suyu çəkilibsə, o zaman alüminium ikiqat artır.
Yaxşı olar ki, sobada yemək hazırlanmasında alüminium falqa metodunu unudasız, əvəzinə kulinar kağız alasız. Hazır, soyuq yeməkləri saxlamaq üçün alüminium falqaya bükmək yolveriləndir, bir şərtlə ki, uzun müddət qalmasın.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600