Cümə , Noyabr 16 2018
Home / Həkim Məsləhətləri / ABŞ-da qırtlaq xərçəngi kəskin artıb – Səbəb oral seksin yayılmasıdır

ABŞ-da qırtlaq xərçəngi kəskin artıb – Səbəb oral seksin yayılmasıdır

ABŞ-da ümumi onkoloji xəstəliklər siyahısında papilloma virusunun törətdiyi qırtlaq xərçəngi kəskin artaraq, bu virusun səbəb olduğu qadınlarda uşaqlıq boynu xərşəngini də geridə qoyub.
Medicina.az xəbər verir ki, Amerika Nəzarət mərkəzi 1999-2015-ci illəri əhatə edən məlumatları dərc edib.
1999-cu ildə papilloma virusuna bağlı onkoloji xəstə 30115 nəfər idisə, 2015-ci ildə bu rəqəm 43.371 nəfərə çatıb. 16 il ərzində illik uşaqlıq yolu xərçəngi 1,6% artır.
Lakin kişilər arasında qırtlaq xərçənginin kəskin artması səhhi mütəxəssislərini narahat etməyə başlayıb. Eləcə də anal və vulva xərçəngindən də artım var.
Kişilər arasında penil, anal xərçəngin artmasına səbəb kimi cinsi yolla keçən papilloma virusunun qorunmadan anal və oral yolla da yoluxmasıdır. Yəni xəstəliyi artıran risk faktoru qeyri-ənənəvi intim əlaqələrdir.
Kişilər artıq bu baxımdan da qorunmağın yollarını tapmalıdır. ABŞ-da uşaqlıq yolu xərçənginin skrininq proqramı olsa da, qırtlaq xərçənginin skrininqi yoxdur və bu xəstəliyi erkən mərhələdə yaxalamaq çətindir.
medicina.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600