Cümə axşamı , May 23 2019
Home / Kişi / Qarnı necə əritməlisiniz?

Qarnı necə əritməlisiniz?

 

Qarnı necə əritməlisiniz?

Pəhriz və idmanla vücudun hansısa nahiyəsini əritmək, arıqlamaq təəssüf ki, mümkün deyil.

Göbək nahiyənizdəki yağlardan xilas olub düz qarına sahib olmaq üçün uzunmüddətli bir pəhriz proqramına uyğunlaşmaq lazımdır. Əks təqdirdə artıq çəkilər yenidən yaranacaq. Xüsusilə də karbonhidratı menyünüzdə azaltmalısınız. Xüsusilə də səhər yeməklərinə diqqət etməlisiniz.

Çünki vücud artıq çəkini əsas səhər saatlarında alır. Simit, bulkalar yerinə yumurta, pendir kimi qidalardan istifadə etməlisiniz. Məsələn, 70 kq olan bir insan gündə ən az 70 qr protein qəbul etməlidir. Ət, toyuq kimi heyvani protein ala bilmədiyimiz zaman bitki tərkibli proteinlərdən dəstək almalısınız. Məsələn, qamburger yerinə qızardılmış toyuq seçilərək yaşayış tərzinizi dəyişdirməyə başlaya bilərsiniz.

Ət tərkibli proteinlər:

Ət, balıq, yumurta, süd, pendir.

Bitki tərkibli proteinlər:

Lobya, mərcimək, noxud, badam, fındıq, taxıl məhsulları, tərəvəzlər.

Hər gün getdiyiniz yerə avtobusdan bir dayanacaq erkən enin və yeriyin. Həftədə minimum 150 dəqiqə sürətlə idman hərəkətləri ilə məşğul olmalısınız.

 

immunitet.az

Check Also

Bu xəstəliyi olanlar səhər bol miqdarda qəhvə içsin

Portuqaliyalı alimlər səhər tezdən çoxlu miqdarda qəhvə içməyə daha bir səbəb tapıblar. Medicina.az Trend-ə istinadən …

160*600 120*600