Vitiliqo

Vitiliqo xəstəliyi

Vitiliqo xəstəliyi — Elmi adı vitiliqo, xalq dilində ala xəstəliyi adlandırılan bu xəstəlik avtoimmun dəri patologiyasıdır. Yəni immun sistem hüceyrələrinin dəriyə rəng verən melanosit hüceyrələrinə hücumu və zədələməsi nəticəsində dəridə ağ ləkələr yaranır. Ağ ləkələr melanosit hüceyrələrindən yoxsun qalan depiqmentasiya sahələridir. Xəstəlik hər yaşda görülə bilər. Pediatrik qrupda görülən ağ ləkələrin bir qisminin əsas səbəbi vitiliqo xəstəliyidir.