QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Qasımov Kamran Fazil oğlunun il mərasimi keçirilib – QIA.AZ


Noyabrın 26-da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əslən Gədəbəy rayonunun Qaravəlilər kəndindən olan Qasımov Kamran Fazil oğlunun Bakı şəhərində il mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən QİA.AZ-a verilən məlumata görə, Mərasimdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputat Arzu Nağıyev, şəhidin ailə üzvləri, qohumları və  ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, valideynlərinə və yaxınlarına başsağlığı verilib.

Qeyd edək ki, Kamran Qasımov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!




https://qia.az/v%C9%99t%C9%99n-muharib%C9%99si-s%C9%99hidi-qasimov-kamran-fazil-oglunun-il-m%C9%99rasimi-kecirilib/