QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

ÜST “Sinopharm” peyvəndini təcili istifadə üçün tövsiyə edib | QIA.AZ


Səhiyyə

09:32 08.05.2021

Movavi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin istehsal etdiyi “Sinopharm” koronavirusa qarşı vaksinini təcili istifadə üçün tövsiyə edib.

QİA.AZ-ın məlumatına görə, bunu Cenevrədə keçirilən brifinq zamanı ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Baş direktor bildirib: “Bu gün ÜST Pekinin “Sinopharm” vaksinini COVİD-19-a qarşı təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib. “Sinopharm” ÜST-nin təhlükəsizlik, effektivlik və keyfiyyət sertifikatını almış altıncı peyvənd oldu”.

Onun sözlərinə görə, bu addım beynəlxalq COVAX mexanizmi vasitəsi ilə satın alına bilən COVİD-19-a qarşı immunizasiya üçün dərmanların siyahısını genişləndirdi.

Hire Freelancers



https://qia.az/ust-sinopharm-peyv%C9%99ndini-t%C9%99cili-istifad%C9%99-ucun-tovsiy%C9%99-edib/