QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Ukrayna loukosteri Gəncəyə uçuşlara başlayır – QIA.AZ


Ukraynanın “Bees Airline” loukoster aviaşirkəti dekabrın 6-dan etibarən Azərbaycana müntəzəm reyslər həyata keçirməyə başlayacaq.

Heydər Əliyev Beynəlxalq Hava Limanından  bildiriblər ki, “Bees Airline” Odessa-Gəncə-Odessa marşrutu ilə həftədə bir dəfə uçuşlar keçirəcək.

Məlumata əsasən, reys bazar ertəsi Odessadan yerli vaxtla saat 09:00-da yola düşəcək və Gəncəyə yerli vaxtla 13:20-də çatacaq. Əks istiqamətdə uçuş həmin gün Gəncədən yerli vaxtla 14:50-də yol düşəcək və Odessaya yerli vaxtla saat 15:00-da çatacaq.



https://qia.az/ukrayna-loukosteri-g%C9%99nc%C9%99y%C9%99-ucuslara-baslayir/