QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək – İran hökumətinin sözçüsü – QIA.AZ


İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli müqavilə İranın 5 vilayətini qazla təmin edəcək.

QİA.AZ“ın məlumatına görə, bu barədə özünün “Twitter” səhifəsində İran hökumətinin sözçüsü Əli Bahadori yazıb.

Ə.Bahadori bildirib: “Xarici siyasətdəki bütün imkanlara balanslaşdırılmış baxışın nəticəsi olan İran, Azərbaycan və Türkmənistan arasındakı üçtərəfli qaz müqaviləsi İranın 5 vilayətini qazla təmin edəcək. Qonşulara xüsusi diqqətlə beynəlxalq münasibətlər sahəsi artıq bir neçə konkret ölkə ilə məhdudlaşmır”.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan Aşqabadda qazın svop tədarükü barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, Türkmənistandan Azərbaycana İran vasitəsilə ildə 1,5 – 2 milyard kubmetrədək qaz göndəriləcək.



https://qia.az/uct%C9%99r%C9%99fli-muqavil%C9%99-iranin-5-vilay%C9%99tini-qazla-t%C9%99min-ed%C9%99c%C9%99k-iran-hokum%C9%99tinin-sozcusu/