Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçilib - QIA.AZ

Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçilib – QIA.AZ


Türkiyə növbəti müddətə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

Nazirlik qeyd edib: “2017-2021-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasının üzvlüyünü uğurla həyata keçirən Türkiyə YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində 17 noyabr 2021-ci ildə keçirilən seçkilərdə yenidən 2021-2025-ci illər üçün üzv dövlət seçilib”.

Nazirlik vurğulayıb ki, Türkiyə YUNESKO-nun məqsəd, ideallarını dəstəkləyir, təşkilatın fəaliyyətini və dəyərlərini təbliğ etməyə davam edəcək:

“Türkiyənin yeni müddətə İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əvvəlki dövrdəki fəal, uğurlu fəaliyyətinin, eləcə də dünya miqyasında təhsil, elm və mədəniyyətə verdiyi töhfənin inandırıcı sübutudur”.



https://qia.az/turkiy%C9%99-yenid%C9%99n-yunesko-nun-icraiyy%C9%99-komit%C9%99sinin-uzvu-secilib/