QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Türkiyə fəzaya ilk astronavtını göndərəcək – QIA.AZ


Gələn il Türkiyədə ilk astronavt namizədin seçimləri keçiriləcək.

QİA.AZ NTV-yə istinadən xəbər verir ki, Türkiyə Uzay Agentliyinin (TUA) sədri Sərdar Hüseyn İldırım bununla bağlı ABŞ-ın “SpaceX” və Rusiyanın “Soyuz” şirkətləri ilə danışıqlar apardıqlarını bildirib.

Razılaşma əldə ediləcək şirkət Türkiyədə 7 aylıq təlim keçəcək və iki nəfər namizəd seçimini aparacaq. Təlimlərdən sonra həmin iki namizəddən biri seçilərək kosmosa göndəriləcək.

Türkiyəli astronavtın azı 1 həftə kosmosda qalacağını qeyd edən TUA rəhbəri həmin müddət ərzində elmi tədqiqatlar aparılacağını da əlavə edib: “Ona görə də astronavt namizədi elm adamlarından olacaq”.



https://qia.az/turkiy%C9%99-f%C9%99zaya-ilk-astronavtini-gond%C9%99r%C9%99c%C9%99k/