Trisinoz

Trişinoz

Trişinoz, it, pişik, siçan, ayı və donuz başda olmaqla bir çox heyvanda rast gəlinən qurd xəstəliyidir. 3-4 mm-lik “trichinella” paraziti bağırsaq divarlarında yaşayır. Əsasən insanlar bu xəstəliyə az bişmiş donuz ətini yedikləri üçün tutulurlar.

Trişinoz, “trichinella” adı verilən parazitin səbəb olduğu önəmli bir xəstəlikdir. Parazit soxulcanlardan olan qurd insanın bədəninə yerləşib xəstəlik meydana getirir. İlk olaraq 1822-ci ildə Alman vətəndaşının əzələlərinin içində kirəclənmiş bir vəziyyətdə tapılan parazit sürfələri təsbit edilmişdir. Daha sonralar buna bənzəyən vəziyyətlər çox olmuşdur.

Trişinoz xəstəliyinə səbəb olan başlıca heyvan donuzlardır. XIX yüzilin ortalarında donuzlarda bu parazitə rastlanmışdır. Şimali Amerikada olan donuzlarda rastlanan bu parazit donuz əti ilə birliktə insana keçir. Bu xəstəliyə əsasən donuz ətinin istehlak edildiyi ölkələrdə daha çox rastlanır.

“Trichinella” paraziti olan yabani heyvanlarda və ev heyvanlarında xəstəliyin əlamətləri özünü biruzə vermir. Yəni heyvanlara bu parazit çox təsir etmir. Ancaq insanlarda bu vəziyyət fərqlidir. İnsan vücuduna yerləşən “trichinella” paraziti insanların ağır xəstəliyə tutulmasına, hətta ölməsinə səbəb olur. “Trichinella” paraziti xalq dilində donuz qurdu olaraq bilinir. Trişinoz xəstəliyinə müsləmanlarda çox rast gəlinmir. Çünki dini hökmlərə tabe olan insanlar donuz əti yemirlər.