Sümük və oynaqları ağrıyanlar üçün kollagenli qidalar – Bunları yeyin

Sümük və oynaqları ağrıyanlar üçün kollagenli qidalar - Bunları yeyin

Yaş artdıqca, eləcə də zərərli vərdişlər, hərəkətsizlik, siqaret, pis qidalanma bədəndə sümük və oynaqlar üçün vacib olan kollageni məhv edir, azaldlr. Dırnaqlardan dişlərə qədər çox orqana lazım olan kollegeni qidamızda almadığımızda dişlər ovulur, qırılır, sümüklər kövrəkləşir.

Hekim.pro xəbər verir ki, alimlər müasir insanın qida əlavəsi olaraq kollagenli preparatlar qəbulunu vacib sayır.

Türkiyəli uzman Ece Öneş bildirib ki, dəri, əzələ, sümük, oynaq, diş, gözlər üçün vacib olan kollagen sümük və oynaqlara elastiklik verir.
Kollagen az olan vücud tez qocalır, insan sümük, əzələ, oynaq ağrıları ilə üz-üzə qalır.
25 yaşdan başlayaraq orqanizmdə kollagen istehsalı azalır, 35 yaşdan sonra isə getdikcə bu proses sürətlənir və kəskin kollagen defisiti yaranır.
Həkim kollagenin dağılmasının qarşısını almaq üçün un, şəkər və siqareti azaltmağı, zərərli vərdişlərdən imtina etməyi tövsiyə edir.

Kollagenlə zəngin qidalar hansılardır?
– Sümük suyu, bulyon
– Kənd yumurtasının ağı
– Qida jelatini – şorbalara, bulyonlara əlavə olaraq qarışdıra bilərsiz
– Tünd yaşıl rəngli səbzə və tərəvəzlər – ispanaq, tərə out, rokko, cəfəri, şüyüd, bibər və s.

2021 04 13 16 43 21JyIk00Q5p0HUTl6bwqFW file
Sümük və oynaqları ağrıyanlar üçün kollagenli qidalar - Bunları yeyin 4
2021 04 13 16 43 06tsFFX112BYS5nowuRci4 file
Sümük və oynaqları ağrıyanlar üçün kollagenli qidalar - Bunları yeyin 5

HEKİM.PRO