QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Son sutkada Covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ


Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 323 841 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 298 949 nəfər müalicə olunaraq sağalıb, 4 617 nəfər vəfat edib, aktiv xəstə sayı 20275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701, ötən müddət ərzində isə ümumilikdə 3 289 864 test aparılıb.

Son sutkada Covid-19-a yoluxma sayı açıqlanıb
Son sutkada Covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ 7
Hire Freelancers



https://qia.az/son-sutkada-covid-19-a-yoluxma-sayi-aciqlanib-3/