Xəstəliklər

Şizofreniya

Şizofreniya (yun. σχίζω — yarmaq və φρήν – ağıl, düşüncə)— Şizofreniya sözünün mənşəyi iki yunan sözü – “parçalanma” və “fikir”ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma vardır. İnsanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakılara əhəmiyyətli dərəcədə təsir edən bəzi dəyişikliklərə səbəb olan bir xəstəlikdir. Bu dəyişikliklər keçici ya da qalıcı ola bilər. Şizofreniya irsi xəstəliklərdən biridir. Şizofren şəxslərdə müxtəlif şəxsiyyət dəyişkənliyi müşahidə edilmir: onların sadəcə bir şəxsiyyəti vardır. İnsanlarda müxtəlif şəxsiyyət dəyişkənliyi olan hal əlaqəsiz şəxsiyyət pozğunluğu adlanır. Bir şəxsin şizofreniyadan əziyyət çəkdiyini müəyyənləşdirən xüsusi tibbi testlər yoxdur, beləliklə diaqnoz xəstədə özünü göstərən simptomlara uyğun olaraq qoyulur. Bu həmçinin xəstə ilə söhbət edən həkim yaxud psixoloqdan da asılıdır. Bu xəstəliyə tutulan şəxslər adətən qeyri-normal sosial davranışlar göstərir və reallığı təyin etməkdə çətinlik çəkirlər. Problemlər şəxsə diaqnoz qoyulmazdan əvvəl ən az 6 ay davam edir.

Şizofreniya – düşüncə prosesindəki problemlər və zəif, emosional cavablarla xarakterizə olunan əqli xəstəlikdir. Ümumi simptomlar paranoid, eşitmə hallüsinasiyaları, nitqdə əks olunan düşüncə pozğunluğu və əqli çatışmazlığın da daxil olduğu yanılmalardır. İlkin səciyyəvi simptomlar gənc yaşlarda özünü göstərir. Diaqnoz müşahidə olunan davranışlara və xəstənin şikayət etdiyi təcrübələrə əsaslanır. Genetik faktor, ətraf mühit, nevrobiologiya, psixi və sosial proseslər köməkçi amillər hesab edilir. Bəzi reseptsiz və ya reseptlə istifadə edilən dərmanlar da simptomların artmasına səbəb ola bilər. Heç bir izolyasiya edilmiş üzv tapılmasa da hazırki araşdırmalar nevrobiologiya üzərində cəmləşib.

Xəstəliyin ən sıx təzahürləri eşitmə qarabasmaları, paranoik və ya fantastik sayıqlama və ya sosial disfunksiyanın fonunda nitqin (danışığın) və düşüncənin, işləmək qabiliyyətinin pozulmasıdır. Kişilərin və qadınların xəstəliyə tutulma sayı təxminən eynidir. Lakin belə bir tendensiya var ki, qadınlarda xəstəliyin başlanğıcı kişilərə nisbətən gec baş verir.

== Kor olanlar  şizofreniya olmur ==

ABŞ və İngiltərədən olan psixiatrlar qəribə qanunauyğunluq müşahidə ediblər: kor doğulanlarda anadangəlmə korluq psixozların və şizofreniyanın inkişafının qarşısını alır. Məqalə müəllifləri ehtimal edirlər ki, doğulandan görmə qabiliyyətindən məhrum olan adamlar digər hisslərə istiqamətlənməyə məcbur olurlar. Bu məsələ beyni o qədər yükləyir ki, psixi xəstəliklərin inkişafı üçün sərbəst ehtiyatlar qalmır. Tibbə xəstəliklər arasında digər “rəqabətli” qarşılıqlı münasibətlər də məlumdur. Belə ki, revmatik artrit psixozlardan müdafiə edir.

Related Articles

Back to top button