akne

Sızanaq xəstəliyi

Sızanaq xəstəliyi — dərinin iltihabi xroniki xəstəliyidir. Elmi adı acne vulgaris olan bu xəstəlik əsasən yeniyetməlik dövründə meydana çıxır. Lakin istənilən yaşda yarana bilər. Kürəkdə, üzdə, saçlı dəridə əsasən irinli qabarcıqlar şəklində özünü göstərir.

Müalicə müddəti:

Sızanaqların müalicəsi adətən uzun müddət alır. Sızanaq xəstəliyi xroniki dəri problemi olduğu üçün müalicələr uzun çəkir. Lakin bu sualın cavabı şərtidir. Hər şey sızanaq xəstəliyi probleminin ağırlığından, növündən, səbəbindən və s. kimi faktorlardan asılıdır. Elə çivzələr ola bilər ki, onların müalicəsi qısa müddətli və biryolluq olsun. Amma əksər hallarda sızanaqların müalicəsi uzun müddətli olur. Çivzələr adətən 30 yaşdan sonra azalır. Lakin bəzi xəstələrdə xüsusən qadınlarda akne xəstəliyi 30 yaşdan sonra da davam edə bilər və müalicələr bir qədər də uzana bilər. Əgər xəstədə sızaqlar, daxili xəstəliklər fonunda yaranıbsa bu zaman xəstəliyin müalicəsi uzanır. Cünki dəri xəstəliyi əleyhinə müalicələrə yanaşı daxili xəstəliklər əleyhinə terapiyalar da aparılması tələb olunur.

Çivzələrin müalicəsi sadəcə dermatoloq həkimin təyin etdiyi dərmanlarla yekunlaşmır. Xəstənin profilaktik qaydalara əməl etməyi də aknenin müalicəsi ilə bir başa əlaqəlidir. Pasient çivzələri sıxmaqda və qoparmaqda davam edərsə, dieta tutmazsa sızanaqların müalicəsi daha da uzana bilər. Bundan əlavə xəstələr sızanaq probleminin likin mərhələlərində müraciət etdikləri təqdirdə çivzələrin müalicəsi daha qısa müddətli ola bilər. Lakin sızanağın biryolluq müalicəsi də mümkündür. Bəzi ağır preparatlar vasitəsi ilə 4-8 aylıq çəkən terapiyalar ilə xəstəliyin tamamiylə yox edilməsi mümkündür. Fəqət profilaktika məqsədi ilə qoruyucu kremlərin uzun müddət istifadəsi məsləhət edilir. Görüldüyü kimi çivzə xəstəliyinin müalicəsi nə qədər çəkir sualına birmənalı cavab vermək mümkün deyildir. Orqanizmdən asılı olaraq bu sualın cavabı dəyişir.