QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Sahibə Qafarovanın Sankt-Peterburqa işgüzar səfəri başlayıb – QIA.AZ


Noyabrın 24-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gəlib.

Milli Məclisdən verilən məlumata görə, Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.



https://qia.az/sahib%C9%99-qafarovanin-sankt-peterburqa-isguzar-s%C9%99f%C9%99ri-baslayib/