QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Sabah hava yağmursuz keçəcək – QIA.AZ


Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən QİA.AZ-a verilən məlumata əsasən, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq.Tibbi-meteoroloji proqnozNoyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 6-11° isti olacaq.



https://qia.az/sabah-hava-yagmursuz-kec%C9%99c%C9%99k-2/