QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Rusiyada kömür mədənindəki partlayış olub, yaralananlar var – QIA.AZ


Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki “Listvyajnaya” kömür mədənində tüstülənmə baş verib.

Bundan bir neçə dəqiqə sonra mədəndə partlayış haqqında məlumat daxil olub.

Nəticədə azı 15 nəfər tüstüdən zəhərlənib, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı mədəndə 287 nəfər olub. Xilasetmə qüvvələri onların təxliyyəsini həyata keçirir. Hazırda mədəndə 115 nəfərin qaldığı bildirilir.



https://qia.az/rusiyada-komur-m%C9%99d%C9%99nind%C9%99ki-partlayis-olub-yaralananlar-var/