Rusiya və Çin hərbi blok yaratmır - Putin - QIA.AZ

Rusiya və Çin hərbi blok yaratmır – Putin – QIA.AZ


Rusiya və Çin hərbi blok yaratmır, bununla bağlı ehtiyat əsassızdır.

QİA.AZ-ın məlumatına görə, bu barədə “Valday” beynəlxalq klubu çərçivəsində sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib: “Biz bu barədə dəfələrlə danışmışıq – biz Çinlə kiməsə qarşı deyil, bir-birimizin maraqlarına uyğun olaraq dostluq edirik”.

Rusiya Prezidenti qeyd edib ki, onlar NATO və NATO ölkələrindən fərqli olaraq heç bir qapalı hərbi blok yaratmır: “Rusiya-Çin hərbi bloku yoxdur və hazırda onun yaradılması üçün bir məqsəd yoxdur. Ona görə də bununla bağlı söhbətin heç bir əsası yoxdur”.



https://qia.az/rusiya-v%C9%99-cin-h%C9%99rbi-blok-yaratmir-putin/