QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycanda səfərdədir – QIA.AZ


Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.Bu barədə QİA.AZ-a AMEA-dan məlumat verib.Məlumata görə, nümayəndə heyətinin tərkibinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, REA-nın prezidentinin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, REA-nın prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxildir.Heydər Əliyev Beynəlxalq Hava Limanında REA nümayəndə heyətini AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov və vitse-prezident, akademik İbrahim Quliyev qarşılayıblar.



https://qia.az/rusiya-elml%C9%99r-akademiyasinin-prezidenti-az%C9%99rbaycanda-s%C9%99f%C9%99rd%C9%99dir/