Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb - QIA.AZ

Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb – QIA.AZ


Rumıniya prezidenti Klaus Yohannis ölkədə yeni hökumətin formalaşdırılmasını müdafiə naziri Nikolae Çukeyə tapşırıb.

QİA.AZ-ın məlumatına görə, bu barədə prezident mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, oktyabrın 5-də əvvəlki baş nazir Florian Kıtsu Rumıniya parlamentinin etimadsızlıq səsverməsi nəticəsində istefa vermişdi.

Bir müddət əvvəl “Rumıniyanın xilası naminə ittifaq” partiyasının rəhbəri Daçian Çoloş hökuməti formalaşdıra bilməmişdi.



https://qia.az/ruminiya-prezidenti-yeni-hokum%C9%99tin-formalasdirilmasini-mudafi%C9%99-nazirin%C9%99-tapsirib/