QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Qazaxıstanın bütün regionlarında “Delta” ştammı aşkarlanıb – Səhiyyə Nazirliyi | QIA.AZ


Movavi

Qazaxıstanın bütün regionlarında koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb.

QİA.AZ-ın “Kazinform”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Qazaxıstna “Delta” ştammının təyin edilməsi məqsədilə iyulun 1-i 414 nümunənin PZR skrininqi həyata keçirilib.

Bildirilir ki, nümunələrdən 43,3 faizində (ölkənin bütün vilayətləri və Nur-Sultan, Almatı, Çimkənd şəhərlərində) “Delta” ştammına rast gəlinib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 96 ölkədə koronavirusun “Delta” ştammının aşkarlandığını təsdiq edib.

Hire Freelancers



https://qia.az/qazaxistanin-butun-regionlarinda-delta-stammi-askarlanib-s%C9%99hiyy%C9%99-nazirliyi/