QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Qazaxıstan Futbol Federasiyası dövlət hesabına maliyyələşmədən imtina edib – QIA.AZ


Qazaxıstan Futbol Federasiyası dövlət və onun müvafiq strukturları hesabına maliyyələşmədən imtina edib.

QİA.AZ“ın məlumatına görə, bu barədə federasiyanın baş katibi Azamat Aytxojin qurumun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bu qərar 2022-ci il dünya çempionatının seçmə mərhələsində Fransa yığmasına 0:8 hesabı ilə uduzduqları oyundan sonra qəbul olunub: “Federasiya UEFA-nın vəsaiti hesabına maliyyələşəcək. Həmçinin buraya sponsor gəlirləri cəlb olunacaq”.

Qeyd edək ki, seçmə mərhələdə 3 xal toplayan Qazaxıstan millisi D qrupunu sonuncu pillədə başa vurub.



https://qia.az/qazaxistan-futbol-federasiyasi-dovl%C9%99t-hesabina-maliyy%C9%99l%C9%99sm%C9%99d%C9%99n-imtina-edib/