Qastro ezofageal reflyuks

Qastro-ezofageal reflyuks xəstəliyi

Qastro-ezofageal reflyuks xəstəliyi – Mədə tərkibinin (turşusunun) patoloji şəkildə mədədən ezofaqusa (qida borusuna) doğru geri gəlişi qastro-ezofageal reflyuksdur. Xəstələr döş qəfəsinin arxasında yanma (heartburn) şikayəti ilə müraciət edə bilərlər. Bəzən qida borusunun arxasındakı yanmadan başqa qidaların və suyun ağıza gəlməsi şəklində də baş verir. Ezofaqeal reflyuks tez tez yeməklərdən sonra olur. Qastro-ezofageal reflyuks xəstəliyinə, bütün dünyada olduğu kimi Azərbaycanda də çox rastlanır. Ölkəmizdə aparılan bir çalışmada, cəmiyyətin 20%-də qastro-ezofageal reflyuks xəstəliyi aşkar edilmişdir.