"Qarabağ"ın rəqibi Qazaxıstan çempionatında liderin dəyişməsinə səbəb olub - QIA.AZ

“Qarabağ”ın rəqibi Qazaxıstan çempionatında liderin dəyişməsinə səbəb olub – QIA.AZ


Futbol üzrə Qazaxıstan çempionatında XXV turun digər oyunları keçirilib.

QİA.AZ” xəbər verir ki, turun mərkəzi matçında “Kayrat” lider “Astana”nı qəbul edib.

Qarşılaşma Almatı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kurban Berdıyevin baş məşqçi olduğu komandanın yeganə qolunu 9-cu dəqiqədə Neboyşa Kosoviç vurub.

Bürünc medalı daha əvvəl təmin etmiş “Kayrat” xallarının sayını 50-ə çatdırıb. 56 xalı olan “Astana” isə məğlubiyyətdən sonra liderliyini itirməli olub.

Çempionluğa iddialı digər komanda “Tobol” Karaqanda “Şaxtyor”unu 4:1 hesabı ilə üstələyib və hazırda 50 xalla birinci pilləyə yüksəlib.

Qeyd edək ki, Qazaxıstan çempionatında sonuncu – XXVI tur oktyabrın 30-da olacaq. “Kayrat” UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda “Qarabağ”a 1:2 hesabı ilə uduzub.



https://qia.az/qarabagin-r%C9%99qibi-qazaxistan-cempionatinda-liderin-d%C9%99yism%C9%99sin%C9%99-s%C9%99b%C9%99b-olub/