QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir – QIA.AZ


Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam qarşıdan gələn prezident seçkilərində namizəd kimi iştirak etmək niyyətindədir.

QİA.AZ“ın məlumatına görə, bu barədə yerli “Libya Alahrar” portal xəbər verib.

Portalın məlumatına görə, Seyf əl-İslam prezident seçkilərində iştirak üçün sənədlərini ölkənin cənubundakı Sebha şəhərindəki regional seçki komissiyasına təqdim edib.



https://qia.az/q%C9%99ddafinin-oglu-liviyada-prezident-seckil%C9%99rind%C9%99-istirak-etm%C9%99k-niyy%C9%99tind%C9%99dir/