Pullu dəmrov

Pullu dəmrov

Pullu dəmrov və ya psoriaz dərinin xroniki, autoimmun, qaşıntılı, qızartılı və qabıqlı səpkiləriylə özünü göstərən yoluxucu olmayan xəstəliyidir.

Pullu dəmrovun müalicəsində iki istiqamət vardır:

1. Lokal terapiya: 2. Sistemik terapiyaPD-un lokal terapiyasında istifadə olunan dərmanlar bir baş səpkilərin üzərinə tətbiq olunur. Lokal terapiyaya müxtəlif kremlər, işıq şüaları və lazerlər daxildir. Lokal terapiyada vena daxili və ağız yolu ilə dərmanlar qəbul olunmur. Bu səbəblə, bu terapiya növü sistemik terapiyadan fərqli olaraq daha təhlükəsizdir. Lokal terapiya zəif və orta ağırlıqlı PD-un müalicəsində uğurla istifadə olunur. Lokal terapiya daha ağır PD formalarında ya tək başına, ya da sistemik terapiya ilə bərabər istifadə oluna bilər. Lokal terapiya sistemik terapiyadan daha az təhlükəli olmasında baxmayaraq, ciddi lokal yan təsirləri görülür. Bu səbəblə PD-un lokal terapiyasında istifadə olunan dərmanlar özbaşına, Dermatoveneroloq məsləhəti olmadan istifadə etmək olmaz. Aşağıda PD-un lokal terapiyasında istifadə olunan vasitələr haqqında qısa məlumat əldə edə bilərsiniz. 1. Emolientlər PD-un lokal terapiyasında (LT) emolientlərə yəni nəmləndiricilərə geniş yer verilir. Nəmləndirici kremlər səpkilərin yumşaması və qaşıntının azalması üçün faydalıdır. Nəmləndirici kremlər sadəcə residiv dönəmlərində deyil eyni zamanda remisya dönəmlərində də istifadə edilməlidir. Nəmləndiricilər vanna qəbulundan və əl-üz yıxamalarından sonra xüsusən tətbiq edilməlidir. PD xəstələri nəmləndiricilərin tətbiqini həyat tərzinə cevirməlidirlər və həyatı boyunca istifadə etməlidirlər. Emolientlərin ciddi yan təsirləri yoxdur.

2. Kortikosteroidlər PD-un LT-da hormonal preparatlar olaraq tanıdığımız kortikosteroid (KS) kremlərdən də istifadə olunur. KS kremlər səpkilərin əmələ gəlməsinə səbəb olan immun mexanizmləri yatırmaqla terapevtik təsirini göstərir. KS kremləri 2 m² sahəsi olan bütün dəriyə tədbiq olunarsa dəridən sorulma nəticəsində qana keçərək sistemik yan təsirlərə səbəb ola bilər. Uşaq PD xəstələrində bu yan təsir daha ciddidir. KS kremlərinin təsir gücünə görə müxtəlif növləri vardır. Hər birinin dəridə özünəməxsus tətbiq edildiyi anatomik regionlar vardır. Bu səbəblə KS kremlərini tanımadan, Dermatoveneroloq rəyi olmadan özbaşına istifadəsi dəridə strialar yəni atrofik çatların əmələ gəlməsinə səbəb ola bilər. Ona görə, PD xəstələri KS kremlərini mütəxsis məsləhətindən sonra tətbiq etməlidir. 3. Antralin PD-un LT-da antralindən vəya ditranoldan də istifadə olunur. Antralin 20-ci əsrin əvvəllərindən istifadəsinə başlanılmışdır. Psoriaz əleyhinə təsir mexanizmi tam bilinməsə də səpkilərin aradan qaldırılmasında faydalı olduğu məlumdur. Antralin tez-tez dəridə lokal reaksiyaların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dəriyə tətbiq olunandan sonra alt paltarı və dərini boyayır. Bundan başqa, antralinin digər LT vasitələrindən fərqli olaraq effektivliyi daha az olduğu məlum olmuşdur. Ona görə antralin PD əleyhinə çox da münasib dərman vasitəsi sayılmır. Antralin şampun və kremlər şəklində istifadə olunur.

4. Qətranağaclardan əldə olunan qatı maddədir. Psoriazın müalicəsində daş kömürdən əldə edilən qətrandan istifadə edilir. Daş kömür qətranı qara, qatı və qoxulu bir maddədir. Bu maddədən hazırlanan sabun, şampun, krem və losyonlar PD-un müalicəsində istifadə olunur. Amma, daş kömür qətranın pis qoxusundan dolayı, alt paltarı və dərini boyadığı üçün hər xəstədə tətbiq etmək olmur. Fotosensitizasya və dəridə irritan dermatitə səbəb olduğu üçün həkimlər tərəfindən çox da müraciət edilmir. Bəzi elmi araşdırmalarda daş kömür qətranının dəri xərçəngi əmələ gətirmə potensiyal olduğu da göstərilmişdir.

5. Ultrabənövşəyi Şüalar PD-un LT-da ultrabənövşəyi şüalardan (UB) da istifadə olunur. Psoriaz xəstələrinin bir çoxu yay aylarında səpkilərinin azaldığını ifadə edir. Demək günəş şüaları səpkilərin sağaldıcı təsiri vardır. Günəş işığı spektrumuna daxil olan UB şüaların terapevtik təsiri daha böyükdür. PD-un müalicəsində UB şüaları radiasya edən xüsusi cihazlardan istifadə olunur. Bu cihazlar vasitəsiylə PD-un bir çox klinik varyantlarını müalicə etmək mümkündür. UB şüaları ilə aparılan müalicəyə fototerapiya deyilir. Yay aylarında qəbul edilən günəş vannları da fototerapıyadır. Fototerapiya cihazlarında müalicə alabilməyənlər yaz-yay aylarında günəş vannları qəbul etmələri məsləhət edilir.

6. Biologics – Psoriazın müalicəsində yeni dərmanlar. Cimzia (certolizumab pegol), Enbrel (etanercept), Humira (adalimumab), Remicade (infliximab) və Simponi (golimumab) – Tumor necrosis factor-alpha (TNF-alfa) blokatorlardır. Stelara (ustekinumab), Cosentyx (secukinumab) və Taltz (ixekizumab) – interleykin blokatorlardır.