Prof. Dr. Zülfüqar Fərəcov – Bakı

Zülfüqar

İş yeri:

N – Lazz Tibb Mərkəzi

Haqqında:

Dr. Zülfüqar Fərəcov Həsən oğlu 1950 – ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, 1 qızı və 1 oğlu var.

Təhsili:

1957 – 1967 – ci illərdə Bakı şəhəri 44 saylı orta məktəbi əla qiymətlərlə oxuyub, bitirib.

1967 – ci ildə Azərbaycan Tibb Universitetinin müalicə – profilaktika fakültəsinə daxil olub. 1973 – cü ildə universiteti müvəffəqiyyətlə müalicə işi üzrə başa vuraraq, həkim ixtisası alıb.

Rus və İnglis dillərini yüksək səviyyədə bilir.

Fəaliyyəti:

1973 – 1974 – cü illərdə 5 saylı klinik xəstəxanada həkim – intern vəzifəsində çalışıb.

1975 – 1977 – ci illərdə Sumqayıt şəhəri 2 saylı Şəhər Birləşmiş xəstəxanasında həkim – terapevt işləyib.

1977 – 1978 – ci illərdə Sumqayıt şəhər Dəri – Zöhrəvi Dispanserində həkim – dermatoveneroloq vəzifəsində çalışıb.

1978 – 1982 – ci illərdə Bakı şəhəri 2 saylı Dəri – Zöhrəvi Dispanserində həkim – dermatoveneroloq olaraq işləyib.

1982 – 1985 – ci illərdə Moskva şəhəri Mərkəzi Dəri – Zöhrəvi Elmi – Tədqiqat İnstitutunda klinik ordinaturada olub və 1985 – ci il noyabr ayının 27 – də namizədlik dissertasiyasını müdafiə edib.

1986 – 1987 – ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun METL – da Baş Elmi İşçi vəzifəsində çalışıb.

1987 – 1990 – cı illərdə Moskva şəhəri Mərkəzi Dəri – Zöhrəvi Elmi – Tədqiqat İnstitutunda doktorant olaraq, 1990 – cı il noyabr ayının 27 – də doktorluq dissertasiyasını müdafiə edib.

1991 – ci ildən seçki yolu ilə Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının professoru, 2008 – 2011 – ci illərdə kafedra müdiri əvəzi, 2011 – 2017 – ci illərdə kafedra müdiri vəzifəsini icra edib.

2017 – ci ildən hazırkı dövrə kimi kafedrada professor vəzifəsində çalışıram.

1999 – 2017 – ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Dermatoveneroloqu kimi fəaliyyət göstərib.

Hazırda “Azərbaycan Dermatoveneroloqlarının Elmi Cəmiyyəti” İctimai Birliyinin sədridir.

Telefon: 050 – 212 – 61 – 53; 012 – 597 – 23 – 15

Ünvan: S. Rüstəmov küç., ev 33B, m.137

HEKİM.PRO