Prionlar

Prionlar

Prionlar (ing. proteinaceous infectious particle – yoluxucu zülalvari hissəcik) – İnsan və heyvanların ali nümayəndələrində mərkəzi sinir sistemində ağır xəstəliklərə səbəb olan, tərkibində nuklein turşuları olmayan zülalların xüsusi sinifi. Prionlar sahibin normal zülalının dəyişmiş formasıdır.