QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub – QIA.AZ


Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.

QİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Azərbaycan-Belarus münasibətlərinin uğurlu inkişafını məmnuniyyətlə qeyd edib, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı, həmçinin gələcək təmaslar müzakirə edilib.



https://qia.az/prezident-ilham-%C9%99liyevl%C9%99-aleksandr-lukasenko-arasinda-telefon-danisigi-olub/