Plastik qablarda yemək saxlamaq zərərlidir – Mətbəxdəki təhlükə

Plastik qablarda yemək saxlamaq zərərlidir – Mətbəxdəki təhlükə

İndi satışda olan pratik plastik konteynerlər həm soyuducuda, həm şkafda qidaların saxlanması üçün dəbdədir.

Amma çox insanlar bu qablardan təyinatı üzrə istifadə etmir, bəzi plastik qablarda isə yemək saxlanması ümumiyyətlə təhlükəlidir.

Qidalanma və gigiyena üzrə mütəxəssislər plastik qablarda nələrin saxlanıla bilməsini açıqlayıb:

“Qabların üzərində təyinatı olmalıdır. İstehsalçı yazmalıdır ki, bu qab quru ədviyyat, soyuq qida, ya isti qidaların saxlanması üçün nəzərdə tutulub. Əgər qabın üzərində belə qeyd yoxdursa, istehsalçı məlum deyilsə, o zaman onları almayın. Almısızsa ancaq quru ərzaqlar saxlayın.

Konteynerin üzərində çat, cızıq varsa, şəffaflığı pozulubsa, köhnəlibsə onda ərzaq saxlamaq olmaz.
Dəfələrlə istifadədən sonra qabdan qəribə kimyəvi və ya plastik iyi gəlirsə, onu atmaq lazımdır.
Konteynerdə saxlanan yeməyi yeyəndə ondan plastik tamı gəlirsə, bu qabı istifadə etməyin.
İsti qidadan qab deformasiyaya uğrayırsa, yumşalırsa, əriyirsə, deməli o isti qidalar üçün deyil və təhlükəli ola bilər”.