Peyvənd olunanların sayı açıqlanıb - QIA.AZ

Peyvənd olunanların sayı açıqlanıb – QIA.AZ


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 231 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.AZ“a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 178, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 861 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 423, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 614, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 589 459 təşkil edir.



https://qia.az/peyv%C9%99nd-olunanlarin-sayi-aciqlanib-9/