Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb - QIA.AZ

Ötən gün COVID pasportu olmayan 70 nəfər toya buraxılmayıb – QIA.AZ


Noyabrın 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 335 toy şənliyinin monitorinqini həyata keçirib.Daxili İşlər Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, monitorinq 331 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 70 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.



https://qia.az/ot%C9%99n-gun-covid-pasportu-olmayan-70-n%C9%99f%C9%99r-toya-buraxilmayib/