Xəstəliklər

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi (lat. Cholecystolithiasis — yun. χολή lat. chole “öd” və yun. λίθος lat. líthos “daş”) bütün dünyada və eyni zamanda Azərbaycanda çox geniş yayılmışdır. Demək olar ki, bir çox adamlarda öd daşlarının əmələ gəlməsi və xəstəliyin inkişafı üçün şərait vardır. Öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.

Öd kristalları bütün öd yollarında əmələ gələ bilər (qaraciyər daxili öd yolları, ümumi öd axarı və s.).

Related Articles

Back to top button