tezyiq yeni

Normal arterial təzyiqin göstəriciləri dəyişilib, belə olub

Hipetoniyanın müalicəsi üzrə Avropa birliyi və Avropa kardioloqlar cəmiyyəti normal təzyiqin yeni göstəricilərini təqdim edib.

Saglamolun.az European Heart Journal-a istinadla xəbər verir ki, artıq normanın ən yüksək göstəriciləri 130/80 mm.c.st-a sayılacaq. Yəni təzyiq bu rəqəmlərə çatdıqdan sonra onu artıq aşağı salmaq lazımdır. Bundan əvvəl belə hesab olunurdu ki, təzyiq 140/90 c.st.-a çatdıqda onu aşağı salmağa ehtiyac yaranır.

Bu göstəricilər 65 yaşdan cavan insanlara aiddir. 65 yaşdan sonra normal göstəricilər 139 mm.c.st.-dan yuxarı olmamalıdır.

Aşağı təzyiq isə yaşdan və mövcud olan xəstəlikdən asılı olmayaraq 80 mm.c.st-dan yuxarı olmamalıdır.

 

Saglamolun.Az

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir