QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Naqif Həmzəyev: YAP siyasi sabitliyin və davamlı inkişafın təminatçısıdır – QIA.AZ


Ulu Öndər Heydər Əliyevin siyasi irsinin institusional təcəssümü olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29 illiyini İkinci Qarabağ müharibəsinin Şanlı qələbəsinin bir ilinin qeyd olunduğu bir tarixi zamanda qeyd edirik.

QİA.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diplomatik və qətiyyətli siyasəti,  güclü Ordumuzun əsgər və zabitlərinin rəşadəti  ilə 30 illlik torpaq həsrətinə son qoyuldu. Azərbaycan tarixinə 44 günlük haqq savaşı ilə qazanılan haqqın qələbəsi yazıldı.

Ulu Öndər Heydər Əliyevin yaratdığı, siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edən, bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçən Yeni Azərbaycan Partiyasının  29-cu ildönümü məhz belə bir dövrə – xalqımızın 30 illik torpaq həsrətinin bitdiyi bir dövrə təsadüf edir. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi və gələcək nəsillərə ərməğan etdi.

Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası hər qurultayı, qəbul edilən tarixi qərarları ilə ölkəmızın ictimai – siyasi həyatına yeniliklər gətirdi. Ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etdi.

“Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”. İllər əvvəl dahi şəxsiyyət, partiyanın qurucusu Heydər Əliyevin söylədiyi bu sözlər bu gün reallığa çevrilib. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu Öndər vəsiyyətini yerinə yetirdi, son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası nəticəsində işğalda olan torpaqlarımızı azad etdi, xalqın inamını özünə qaytardı.     Xalqın birliyində, ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının fəaliyyəti, ideyaları, apardığı siyasət  göz önündədir.  Sıralarında 760 mindən çox üzvü birləşdirən, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnmir. Ümumxalq partiyası gələcəkdə də yeniləşmiş formatda daha fəal olacaq, sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək. Xalqın istəyi ilə yaradılan  siyasi partiyanın təşəbbüsləri ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyətə malikdir.



https://qia.az/naqif-h%C9%99mz%C9%99yev-yap-siyasi-sabitliyin-v%C9%99-davamli-inkisafin-t%C9%99minatcisidir/