QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Musa Quliyev “Şöhrət” ordeni ilə təltif edilib – QIA.AZ


Prezident İlham Əliyev Musa İsa oğlu Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

QİA.AZ” xəbər verir ki, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub.

Qeyd edək ki, noyabrın 25-də Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyevin 60 yaşı tamam olur.



https://qia.az/musa-quliyev-sohr%C9%99t-ordeni-il%C9%99-t%C9%99ltif-edilib/