Maskadan belə istifadə virusdan qorumur, yeni xəstəliklər üçün şərait yaradır

Maskadan belə istifadə virusdan qorumur, yeni xəstəliklər üçün şərait yaradır

“Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 milyon 600 min tibbi maska satılıb”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.  O qeyd edib ki, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığı nəzərə alınsa, təqribən, 8,5 milyon əhali il ərzində maska taxmalı idi:

“Tibbi maskaları hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 milyon ədəd, ay ərzində 765 milyon ədəd, il ərzində isə 9 mliyard 180 milyon ədəd maska istifadə edilməli idi.  Bizdə 1 ilə 77,6 milyon maska satılıb, ilə 1 nəfərə 9 maska düşür.

Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib – bu bilirsiz nə deməkdir?! Maskadan belə istifadə, nəinki, virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır”.

Ekspertin sözlərinə görə, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun:

“Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir. Camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır. Bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Açıq havada maska taxmaq tələbi ləğv edilməlidir. Yazıqdı, bu millət”.