Masaj nədir ?-Dr. Aynur Əhmədova

kakpravilnodelatmassazhosnovniepravilait 4BBFF943

Masaj –  tibbdə təsdiq olunmuş bir müalicə üsuludur.  Masaj sözünün mənası əzmək , sıxmaq , təzyiq etmək deməkdir . Masaj müalicə üsulu bir çox xəstəliklərdə müsbət nəticələr verən bir prosedurdur . Müxtəlif  masaj növləri mövcuddur :

1. Profilaktik masaj

2. Müalicəvi masaj

3. Kosmetik masaj

4. İdman masajı

5. Reflektor – seqmentar masaj

6. Visseral masaj

7. Manual masaj

8 . Nöqtəvi çin masajı

9. Dərin toxuma masajı

10 . Limfa drenaj masajı

11. Relax masaj

Bir neçə masaj sistemi mövcuddur :

✅Rus masaj sistemi

✅Avropa masaj sistemi ( ısveçrə, finlandiya )

✅Şərq masaj sistemi

Və s.

Bu masaj sistemlərinin hər biri müxtəlif məqsədlə və müxtəlif metodika ilə  tətbiq olunur .

Lakin ən keyfiyyətli və effektiv masaj üsulu Rusya  masaj sistemidir . Rusya masaj sistemində tətbiq olunan masaj : mərkəzi sinir sisteminə, əzələ tonusuna , daxili orqanlara bir başa təsir . Digər masaj sistemində tətbiq olunan masaj üsulları isə əsasən qan dövranına təsir göstərmək məqsədilə tətbiq olunur .

Qeyd etdiyimiz kimi masaj bir müalicə üsuludur və buna görə də masaj proseduru dozalanmış şəkildə tətbiq olunmalıdır . Masaj proseduru xəstənin diaqnozuna , yaşına və ümumi fiziki vəziyyətinə görə mütəxəssis həkim tərəfindən təyin olunmalı və ixtisaslaşmış təhsilli masaj mütəxəsisi tərəfindən tədbiq olunmalıdır.

Masaj proseduru mərkəzi sinir sisteminə bir başa təsir göstərir buna görə  də masajın texnikası , növü və dozalanması pasientə uyğun olaraq düzgün seçilməli və tətbiq edilməlidir əks halda masaj orqanizmə mənfi təsir göstərə bilər.

Dr. Aynur Əhmədova 

Telefon: +994 55-867-24-78

E-mail: aynur778@mil.ru