QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Mal-qara otaran Ağdam sakini minaya düşərək ölüb – QIA.AZ


Ağdam sakini minaya düşərək həlak olub.

QİA.AZ bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə bu gün saat 17 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə həlak olub.



https://qia.az/mal-qara-otaran-agdam-sakini-minaya-dus%C9%99r%C9%99k-olub/