Xəstəliklər

Leykoz

Leykoz — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyidir. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında “ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur.

Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür. Ağ qan kürəciklərinin həddən artıq çoxalması, xüsusən də yetişməmiş ağ qan kürəciklərinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya –ağqanlılıq adlanır. Bu anormallıq zamanı 1 mm qanda 100-400 min ağ qan kürəciyi ola bilər: “Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır”

Mieloleykoz zamanı isə qanda çoxlu miqdarda normoblastlar (eritrosit növü) və retikulositlər (cavan eritrosit) əmələ gəlir ki, bu da sümük iliyində baş verən qıcıqlanmanın göstəricisidir.

Bu günə qədər aparılan araşdırmalara baxmayaraq onkoloji xəstəlik olan leykoz-leykemiyanın yaranma səbəbləri tam məlum deyil. Ancaq xəstəliyin əmələ gəlməsində bəzi (leykoz virusu, infeksion-allergik, kimyəvi, radiasiya və genetik) nəzəriyyələr mövcuddur. Həmçinin ekoloji çirklənmə və atmosferə atılan tullantıların miqdarının çoxluğu belə ərazilərdə yaşayanlarda xəstəliyə yoluxma riskini artırır. Bunun nəticəsində orqanizmdə maddələr mübadiləsində, sinir və sindokrin sistemlərin funksional pozğunluğunda baş verən kəskin dəyişikliklər leykoz üçün xarakterik cəhətdir. Leykoz hər yaşda təsadüf olunur. Ən çox 2-5 yaş arasında olan uşaqlarda təsadüf olunur. 1 yaşdan aşağı, 10 yaşdan yuxarı insanda müalicəyə cavab azalır. I İntoksikasiya əlamətləri:

  1. Ümumi zəiflik
  2. Halsızlıq
  3. iştahasızlıq
  4. Baş ağrıları
  5. əzələ ağrıları
  6. sümük ağrıları
  7. hərarətin yüksəlməsi
  8. çəkinin itirilməsi

II Anemik sindrom:

  1. Solğunluq
  2. Sarılıq
  3. Tez yorulma
  4. Təngnəfəslik
  5. Fiziki işdən sonra meydana çıxan ürəkdöyünmə
  6. Iş qabiliyyətinin azalması

III Hemorragik sindrom:

  1. Dəri örtüklərində və selikli qişalarda qansızmalar, göy ləkələr
  2. Burun və diş qanaxmaları
  3. Mədə – bağırsaq qanaxmaları
  4. Bütün orqan və toxumalarda qansızmalar ola bilər
  5. Limfatik düyünlərin böyüməsi
  6. Qaraciyərin böyüməsi ( ola bilər böyüməsin)
  7. Dalağın böyüməsi ( ola bilər böyüməsin )

Ümumiyyətlə, ilkin əlamətlər:

  1. Sümük ağrıları
  2. Səbəbsiz hərarət
  3. Halsızlıq

Bu 3 triadadan sonra xəstəlik qan yaradan orqanlara metastaz verməyə başlayır. Limfatik düyünlər, dalaq, qaraciyər böyüməyə başlayır.

Related Articles

Back to top button