BloqSlider

Ləkələr-Melazma

Melazma çox çətin müalicə olunan dəri xəstəliyidir.

Melazma, əsasən üz nahiyəsində olur. Xüsusilə yanaqlar, alın, üst dodaq və burunda qəhvəyi ləkələr şəklində müşahidə olunur. Bu cür ləkələr yaz və yay aylarında daha da tündləşir. Melazma, əsasən melanosit hüceyrələrin çox miqdarda melanin sintez etməsidir. Melanin piqmentlərinin daha dərin qatlarda toplanması nəticəsində isə melazmanın daha dərin forması yaranır.

Əsasən genetik faktorlar, günəş şüaları, hamiləlik, hormonal pozğunluq, kimyəvi dərmanlar və s. melazmanın yaranmasına səbəb olur.

Hamiləlik zamanı yaranan melazmaya Kloazma deyilir.

Melazma eyridermal, dermal, qarışıq (həm eyridermal, həm də dermal) və adlandırılmamış (tünd rəngli insanların dərisində çoxlu melanositlərin olması) olmaqla 4 tipi olur.

Bu tip ləkələrin müalicəsi bir neçə ay çəkə bilir. Açıq rəngli dərilərdə müalicə həftələr, tünd rəngli dərilərdə isə aylar tələb edir. Müalicə zamanı melazmanın qarşısını almaq üçün günəş qoruyucu kremlərdən (SPF 50+) istifadə edilir. Bundan başqa ləkə açıcı kremlərdən qış aylarında istifadə olunur.

Müalicələr əsasən soyuq aylarda aparılmalıdır.

Müalicə zamanı yüngül pilinqlər (meyvə turşusu pilinqləri), soyulma verməyən pilinqlərdən istifadə edilir. Bu pilinqlər ləkələri açır, dərini canlandırır. Dərin (soyulma verən) pilinqlər isə ləkəni daha da şiddətləndirərək, dərinləşdirə bilər.

Bundan başqa PRP, mezoterapiyadan da istifadə edilir. Bu tip müalicələrdə ehtiyatlı olmaq lazımdır. Dərini incəltmək və həssaslaşdırmaq olmaz!

Biz də bu tip müalicələr zamanı melazmanın tam gedəcəyi və təkrar yaranmayacağı haqda dəqiq fikir söyləmək düzgün deyil.

Dr. Kamina Jafarzada – Kosmetoloq

HEKİM.PRO

Related Articles

Back to top button