Kreysfeld Yakob

Kreysfeld-Yakob xəstəliyi

Kreysfeld-Yakob xəstəliyi — nadir rast gəlinən xəstəlikdir. Bu xəstəlik zamanı anormal zülali maddə beyində toplanır və məhz sinir hüceyrələrinin sürətli məhvinə səbəb olur. Çoxsaylı nevroloji simptomlar (tremor, hərəki zəiflik, müvazinətin pozulması, müvazinətin saxlanması problemləri) ilə yanaşı adi simptomlara davranış və əhval-ruhiyyənin pozuntuları aiddir. Klinik simptomların başlanması dövründə ölüm halları 1-2 il müddətində mümkündür.