
Bir çox insanlar koronavirusu simptomsuz, gizli keçirir və bu haqda onların xəbərləri belə olmur.
Şimali Karolina Universitetinin (ABŞ) alimləri insanların koronavirusu gizli keçirdiyinə işarə edən 3 simptom aşkar ediblər.
“Hekim.pro” xarici KİV-lərə istinadla bildirir ki, belə simptomlardan biri insanda qəfil əmələ gələn nəfəsalma problemləridir. Koronavirusu keçirmiş insan pilləkanla qalxanda birdən-birə səbəbsiz təngnəfəs olur, hava çatışmazlığı, boğulma hiss edir.
Digər simptom oynaq ağrılarıdır. Koronavirus tək ağciyərdə deyil oynaqlar, birləşmə toxumada da iltihab yaradır.
3-cü simptom əzələ ağrılarıdır. Covid – 19 infeksiyası bir çox hallarda əzələləri də zədələyir. Əgər əzələləriniz səbəbsiz ağrımağa başlayıbsa bu sizin koronavirusu gizli keçirdiyinizə işarə edə bilər.